Bakı şəhərinin Səbail rayonunda mənzildən külli miqdarda qızıl və pul oğurlanıb. Lent.az-ın məlumatına görə, Arif İsmayılov küçəsi 18 ünvanında (20-ci Sahə adlanan ərazi)yaşayan 1953-cü il təvəllüdlü Həsənova Şükufə Muxtar qızı polisə müraciət edərək bildirib ki, evdə olmadığı vaxt oradan xeyli miqdarda qızıl və pul oğurlanıb. Qadın qeyd edib ki, mənzildən ümumilikdə 25 min manat pul və 25 min manat dəyərində qızıl-zinət əşyaları götürülüb.
Hazırda müraciət əsasında əməliyyat-axtarış tədbirləri davam etdirilir.