Bakıda mənzildən 73 yaşlı kişi meyiti aşkarlanıb
26 iyun 2014 02:19 (UTC +04:00)

Bakıda mənzildən 73 yaşlı kişi meyiti aşkarlanıb

Bakının Nizami rayonunda 1941-cı il təvəllüdlü Salmanov Qurban Ramaloviç mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Lent.az-ın  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açıblar.

 

Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanıb.

 

Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə nəticəsində Q.Salmanovun öldüyü müəyyən edilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 452
avatar

Oxşar yazılar