Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bağlı mənzildə meyit aşkarlayıblar. Lent.az-ın FHN-ə istinadən məlumatına görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilə baxış keçirərkən vətəndaşın vəfat etdiyi müəyyən edilib. Xilasedicilər cəsədi aidiyyəti üzrə təhvil veriblər.