Bakıda kişi və qadın evdə asılmış vəziyyətdə tapıldı
24 aprel 2015 18:23 (UTC +04:00)

Bakıda kişi və qadın evdə asılmış vəziyyətdə tapıldı

Bakıda evdə iki meyit aşkarlanıb.


 

APA-nın məlumatına görə, hadisə Pirşağı qəsəbəsi, 2-ci Sovxozda, ünvansız tikilidə qeydə alınıb. Həmin ünvanda iki nəfər asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb. Hazırda hadisə yeri müayinə edilməklə araşdırmalar davam etdirilir.

 

Sabunçu Rayon Prokurorluğundan APA-ya bildirilib ki, meyitləri tapılmış şəxslərin adları artıq müəyyənləşib.

 

Araşdırmalar zamanı məlum olub ki, onlar – Masallı rayon sakini, 1975-ci il təvəllüdlü Rəna Vaqif qızı Əsgərova və Qubadlı rayon sakini, 1988-ci il təvəllüdlü Razim Rahid oğlu Telmanzadədir.

 

Adıçəkilən şəxslərin intihar edib-etmədiyi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 186
avatar

Oxşar yazılar