Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində, mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə mənzilin giriş qapısını bayırdan açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən 1930-cu il təvəllüdlü Əliyev Xəlil İmankişi oğlu hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində vətəndaşın öldüyü müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.