Bakıda maşın piyadanı vurdu
11 fevral 2016 03:05 (UTC +04:00)

Bakıda maşın piyadanı vurdu

0

Bakının Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsindəki dairədə “Tofaş” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.

 

Müxtəlif xəsarətlər alan piyada, 21 yaşlı Ağgül Abdullayeva təcili tibbi yardım avtomobili ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər piyadada kəllə-beyin travması və çoxsaylı sınıqların olduğunu müəyyən ediblər.

 

Hadisə yerində yol polis əməkdaşları olublar, müayinələr aparılıb, ölçülər götürülüb.  Hadisəni törədən avtomobil cərimə meydançasına yerləşdirilib, sürücünün ifadəsi alınıb. Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib. Araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar