Bakıda maşın dirəyə çırpılıb: 3 nəfər ağır yaralanıb
13 iyun 2014 07:53 (UTC +04:00)

Bakıda maşın dirəyə çırpılıb: 3 nəfər ağır yaralanıb

0
Bakıda yüksək sürət ağır yol qəzasına səbəb olub.

APA-nın məlumatına görə, qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yusif Səfərov küçəsi ilə hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində işıq dirəyinə çırpılıb.

 

Zərbə o qədər güclü olub ki, işıq dirəyi yerindən qoparaq, yola aşıb.

 

Qəza nəticəsində sürücü də daxil olmaqla 3 nəfər xəsarət alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Yaralılar deformasiyaya uğramış avtomobildən çıxarılıblar və təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya aparılıb.

 

Xəstəxanadan APA-ya verilən məlumata görə, hər üç yaralının vəziyyəti ağırdır. Onların şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığından, ad və soyadlarını hələlik dəqiqləşdirmək mümkün olmayıb.

 

Yol-nəqliyyat hadisəsi ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1552

Oxşar yazılar