Bakıda mağazalara saxta pul verən şəxs tutuldu
27 aprel 2015 11:36 (UTC +04:00)

Bakıda mağazalara saxta pul verən şəxs tutuldu

0

Bakıda saxta pulla alver edən şəxs yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, aprelin 25-də saat 03:20 radələrində Binəqədi qəsəbəsi ərazisində naməlum şəxs Bakı şəhər sakinləri Elçin Ələsgərovun və  Səyyad İsmayılovun mağazalarında hər birinə bir ədəd 20 manatlıq saxta əskinas verib. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin şəxsin İsmayıllı rayon sakini 1995-ci il təvəllüdlü Coşqun Ələkbər oğlu Cəfərli olması müəyyən olunaraq tutulub.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar