Bakıda mağazadan 12 min manatlıq ətir oğurlandı
03 mart 2016 11:55 (UTC +04:00)

Bakıda mağazadan 12 min manatlıq ətir oğurlandı

Bakıda mağazadan 12 min manat dəyərində ətir oğurlayan şəxslər tutulub.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 2-də Nəsimi rayonu ərazisindəki “Emporium” mağazasının anbarından 12 000 manat dəyərində ətir oğurlanıb.
 

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qazax rayon sakini Vaqif Cəfərli, Bakı şəhər sakini İlkin Əsgərov və Göyçay rayon sakini Ruslan Mahmudlu tutulublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 213

Oxşar yazılar