Bakıda liftdə 2, mənzildə isə 1 nəfər köməksiz vəziyyətdə qalıb
25 noyabr 2014 23:21 (UTC +04:00)

Bakıda liftdə 2, mənzildə isə 1 nəfər köməksiz vəziyyətdə qalıb

0

Bakının Xətai rayonunda bu gün axşam saatlarında 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin  (FHN) saytına istinadən verdiyi xəbərə görə, xilasedicilər 2-ci mərtəbədə dayanmış lifti 3-cü mərtəbəyə qaldırıb, qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.

 

Bundan başqa,  paytaxtın Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər qalıb. Xilasedicilər mənzilə eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən yıxılmış vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 460

Oxşar yazılar