Bakıda yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən şəxs ölüb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 11-də saat 01 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində yerləşən avtodayanacağın gözətçi otağında yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş gözətçi - Bakı şəhər sakini Hicran Mənsimov aprelin 14-də orada ölüb.
Araşdırma aparılır.