Sentyabrın 24-də, saat 11:15-də Nizami rayonu Elşən Süleymanov küçəsi bina 162d, mənzil 76 ünvanında azyaşlının köməyə ehtiyacı olması barədə Xüsusi Riskli Xilasetmə Xidmətinə məlumat daxil olub. Lent. az-ın məlumatına görə, Xətai rayonu üzrə xilasedicilər qrupu təcili hadisə yerinə gediblər. Məlum olub ki, 2010-cu il təvəllüdlü azyaşlı Abbasova Aysun Nazim qızı mənzilin giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində evdə köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər binanın 5-ci mərtəbəsinin eyvanından xüsusi alət və avadanlıqlar vasitəsilə 4-cü mərtəbəyə enərək mənzilə daxil olublar. Mənzildə nəzarətsiz qalmış və gərgin psixoloji vəziyyətdə olan uşaq xilas edilib.