Bakıda kirayədə qalan qız ev sahibini döyüb
30 sentyabr 2019 04:09 (UTC +04:00)

Bakıda kirayədə qalan qız ev sahibini döyüb

 

Bakının Nərimanov rayonunda iki qadın arasında dava düşüb.

APA xəbər verir ki, hadisə Təbriz küçəsindəki evlərin birində baş verib.

1996-ci il təvəllüdlü Gülüstan Xudiyeva kirayədə yaşadığı evin sahibi olan 1985-ci il təvəllüdlü Günel Məmmədova ilə mübahisə edib. Mübahisənin sonunda G.Xudiyeva ev sahibini döyüb. Qadın müxtəlif bədən xəsarətləri alıb.

G.Məmmədova faktla bağlı Nərimanov Rayon Polis İdarəsinə şikayət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 897
avatar

Oxşar yazılar