Bakıda iki sərnişin avtobusu toqquşub, yaralananlar var
03 avqust 2014 13:59 (UTC +04:00)

Bakıda iki sərnişin avtobusu toqquşub, yaralananlar var

0

Paytaxtda iki sərnişin avtobusu toqquşub. Hadisə Nəsimi rayonu ərazisində 3-cü mikrorayon dairəsi yaxınlığında qeydə alınıb. 171 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu dayanacaq dayanan 65 saylı avtobusa çırpılıb. Qəza nəticəsində hər iki avtobusda olan sərnişinlər arasında xəsarət alan olub. Yaralılara ilkin tibbi yardım göstərilib.

Hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 65 saylı avtobusun sürücüsünün izahatı alınsa da, qəzanı törətməkdə şübhəli bilinən digər sürücünü dindirmək mümkün olmayıb. Buna səbəb qəzadan dərhal sonra sürücünün hadisə yerini tərk etməsi olub.

Qeyd edək ki, qəza nəticəsində hər iki sərnişin avtobusu ciddi zədələnib.


Faktla bağlı araşdırmalar aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2761

Oxşar yazılar