Bakıda iki nəfər gecəyarısı liftdə qaldı
04 aprel 2014 10:23 (UTC +04:00)

Bakıda iki nəfər gecəyarısı liftdə qaldı

Aprelin 4-nə keçən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbədə  qapıları açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıb.

 

Əməliyyat saat 02:36-da başa çatıb.

 

 

# 482
avatar

Oxşar yazılar