Bakıda iki mərkəzi küçədə hərəkət tam məhdudlaşdırılır
18 may 2015 13:59 (UTC +04:00)

Bakıda iki mərkəzi küçədə hərəkət tam məhdudlaşdırılır

0

Bu gecə Xətai rayonu Üzeyir Hacıbəyov küçəsi və Nəsimi rayonu Zərifə Əliyeva küçələrində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, göstərilən ərazidə tam məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən axşam saat 22:00-dan səhər saatlarınadək tətbiq ediləcək.

 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edərək göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 172

Oxşar yazılar