Lökbatan qəsəbəsində özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atan Vəfa Quliyevanın 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan Lent.az-a bildirilib ki, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən qadının bel fəqərələri sınıb. Ümumi durumu stabil sayılır. Müayinələr yekunlaşdıqdan sonra əməliyyat olunacaq. Həkimlər tərəfindən lazımı tədbirlər görülür.
***
09:50
Bakıda intihara cəhd olub.
Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Lökbatan qəsəbəsi, Alim Şəfiyev küçəsi ev 13, mənzil 15 ünvanında yaşayan, 25 yaşlı Vəfa Vaqif qızı Quliyeva yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. O, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, V. Quliyeva həyat yoldaşı ilə dalaşdığı üçün bu addımı atıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakıda daha bir intihar hadisəsi də baş verib.
Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 47 yaşlı Məmməd Abbas oğlu Abdullayev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.