Dünən Bakı şəhərinin Sabunçu rayonu ərazisində 42 yaşlı kişi damarlarını doğrayıb. Lent.az-ın məlumatına görə, bu barədə Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsindən anspress-ə bildirilib.
Özünə qəsd etmək istəyən şəxs Alim Əhmədov olub. Qan içində olan Alim Əhmədov dərhal 3 saylı Sabunçu xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Məlumata görə, Alim Əhmədov özünü hərbi Komissarlıqda doğrayıb. Hadisənin nə səbəbdən baş verdiyi araşdırılır.