Bakıda həbsdən yeni çıxan kişi arvadını qətlə yetirib
21 noyabr 2014 18:27 (UTC +04:00)

Bakıda həbsdən yeni çıxan kişi arvadını qətlə yetirib

Bakının Səbail rayonunda qətl törədilib. Səbail rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyevin APA TV-yə verdiyi məlumata görə, Salyan rayonunda anadan olmuş, 1977-ci il təvəllüdlü Münəvvər Mirhəbib qızı Miriyeva ötən gün saat 21 radələrində rayonun Bədəlov küçəsində naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülüb.

 

Hadisə yeri Səbail Rayon Prokurorluğunun, Polis İdarəsinin əməkdaşları və ekspertlərin iştirakı ilə müayinə edilib. Aparılan araşdırmalardan sonra hadisəni törədən şəxsin  mərhumun həyat yoldaşı olduğu müəyyən edilib. Qadına 4 bıçaq zərbəsi vuran əvvəllər dəfərlərlə məhkum olunmuş 1972-ci il təvəllüdlü Əliyev Elmar Salman oğlu hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. Sonuncu dəfə dələduzluq maddəsi ilə məhkum olunan E.Əliyev bu il azadlığa çıxıb. Onların iki azyaşlı övladı var.

 

Mərhum Minəvvər Miriyeva onun 2-ci həyat yoldaşıdır. Saxlanılan şəxsin 1-ci evliliyindən isə 3 övladı var.

 Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2112
avatar

Oxşar yazılar