Bakıda güclü partlayış: ölən və yaralananlar var
20 may 2014 12:32 (UTC +04:00)

Bakıda güclü partlayış: ölən və yaralananlar var

Binəqədi rayonunda bədbəxt hadisə baş verib. Lent.az-ın aznews-a istinadən verdiyi məlumata görə, dünən saat 14:28-də 7 mikrorayonda kanalizasiya lyukunda baş verən partlayışda 3 nəfər ağır xəsarət alıb. Onlar 1989-cu il təvəllüdlü Atayev Namiq Məhəmməd oğlu, 1956-cı il təvəllüdlü Qasımov Fazil Maşallah oğlu və Novruzov Coşqun Nadir oğludur.

 

Binəqədi Rayon Polis İdarəsindən bildirilib ki, kanalizasiya xəttində yaranan problemlə əlaqədar Rayon Su-Kanal İdarələrinin üç nəfər əməkdaşı hadisə yerinə təhkim olunub. Hər üç şəxs lyuka daxil olaraq qəzanı aradan qaldırmağa çalışıblar, bu vaxt lyukda partlayış baş verib. 

Hər üç şəxs ağır vəziyyətdə Klinik Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilib. Yaralılardan 2-si müalicə olunduqdan sonra evə buraxılıb. Atayev Namiq Məhəmməd oğlunun həyatını isə xilas etmək mümkün olmayıb.

 

 
Məlumata görə partlayışa quyuda yığılan qaz səbəb olub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2155
avatar

Oxşar yazılar