Bakıda evdən xeyli miqdarda qiymətli əşyalar oğurlanıb. Lent.az-ın məlumatına görə, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində baş verib. Həmin küçədə yaşayan Əliyev Elxan Zülfi oğlu polisə müraciət edərək bildirib ki, dekabrın 27-nə keçən gecə saat 23 radələrində naməlum şəxsvə ya şəxslər evin nəfəsliyinin dəmir barmaqlıqlarını qıraraq mənzilə daxil olublar. Evdən 11 min manat dəyərində qızıl-zinət əşyaları, 700 manat nəğd pul, İtaliya istehsalı olan tapança və dəyəri 5 min manatdan çox olan qoşalülə tüfəng oğurlanıb.
Müraciət əsasında araşdırma aparılır.