Bakıda ərzaq oğurlayan qadınlar kameraya düşdü
20 aprel 2015 11:36 (UTC +04:00)

Bakıda ərzaq oğurlayan qadınlar kameraya düşdü

Bakıda oğurluq edən iki qadın yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, aprelin 16-da saat 11 radələrində, Şağan qəsəbə sakinləri 1963-cü il təvəllüdlü Janna Nikolayevna Məmmədova və 1969-cu il təvəllüdlü Məhəbbət Mirzə qızı Məmmədova Rauf Qasımova məxsus mağazadan ərzaq məhsulları oğurlayan zaman kamera görüntüsünə düşüb. Aprelin 17-də onlar təkrar mağazadan oğurluq edərkən Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

 

Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 197

Oxşar yazılar