Bakıda dəhşətli qəzaya düşən avtomobil qaçırılıbmış
29 mart 2015 12:27 (UTC +04:00)

Bakıda dəhşətli qəzaya düşən avtomobil qaçırılıbmış

Dünən axşam saatlarında marşrut avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzanın detalları bəlli olub. Lent.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

 

Məlum olub ki, qəzaya düşən minik avtomobili qaçırılıbmış.

 

Belə ki, martın 28-də saat 14 radələrində Bakı sakini 1962-ci il təvəllüdlü Tofiq Gülməmmədov özünə məxsus Mercedes markalı 90 LB 483 nömrəli avtomobili Nizami rayonu Babək prospekti 71-in qarşısında yerləşən avtoyuma məntəqəsində orada işləyən Cəlilabad sakini 1993-cü il təvəllüdlü Rüstəm Bədirova yumağa verib.

 

R.Bədirov avtomobili qaçıraraq saat 21 radələrində Babək prospektində Gürcüstan vətəndaşı 1960-cı il təvəllüdlü Mustafa Məmmədovun idarə etdiyi Daewo markalı 90 VS 438 nömrəli 49 saylı xətt avtobusu ilə toqquşub.

 

Nəticədə R.Bədirov xəstəxanaya aparılarkən yolda, sərnişini Masallı sakini 1993-cü il təvəllüdlü Mübariz Abbasov isə xəstəxanada ölüb.

 

Avtobus sərnişinlərindən 1939-cu il təvəllüdlü Elnarə İsmayılova, 1977-ci il təvəllüdlü Tamara Abdullayeva və 1993-cü il təvəllüdlü Aysel Hüsenova xəstəxanada yardım alıb evə buraxılıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 175

Oxşar yazılar