Bakıda çimərlik faciəsi: <span style="color:red;">3 oğlan dənizdə batdı  - <span style="color:red;">YENİLƏNİB
11 iyun 2014 12:53 (UTC +04:00)

Bakıda çimərlik faciəsi: 3 oğlan dənizdə batdı - YENİLƏNİB

Daha 3 nəfər suda bataraq ölüb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, 12 yaşlı Namiq Nemət oğlu Nəzərov Bakının Xəzər rayonu hissəsində, nəzarət olunmayan ərazidə batıb. N.Nəzərovun cəsədi FHN-nin dalğıc-xilasediciləri tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

28 yaşlı Elmar Davud oğlu Davudov isə Mərdəkan qəsəbəsi istiqamətində, Mil-Qaya adlanan nəzarət olunmayan ərazidə batıb. Hadisə yerinə dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Axtarışlardan sonra E.Davudovun cəsədi batdığı yerdən, təxminən, 50 metr məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Bundan başqa bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 1997-сü il təvəllüdlü İlham İmran oğlu Hüseynovun Xəzər rayonu Şüvəlan qəsəbəsi istiqamətində  (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 5 km məsafədə, nəzarət olunmayan ərazidə) dənizdə batması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. E.Hüseynovun cəsədi batdığı yerdən, təxminən, 200 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4601
avatar

Oxşar yazılar