Bakıda daha bir qadın intihar edib - YENİLƏNİB
14 aprel 2016 16:41 (UTC +04:00)

Bakıda daha bir qadın intihar edib - YENİLƏNİB

Bakının Pirallahı rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, 63 yaşlı Kazibenko Olqa Nikolayevna özünü yaşadığı binanın 5-ci mərtəbəsindən atarkən evdə tək olub. Hadisədən əvvəl o, qapını bağladığından əməliyyatçılar qapını sındırmaq yolu ilə mənzilə daxil olublar.

 

Hadisədən xeyli sonra xəbər tutan ailə üzvləri 63 yaşlı qadının son vaxtlar ruhi-əsəb sarsıntısı keçirdiyini və özünü qəribə apardığını deyiblər.

 

Qeyd edək ki, özünü 5-ci mərtəbədən atan O.Kazibenko asfaltın üstünə düşdüyündən hadisə yerindəcə keçinib.

 

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

 

 

*****

 

13 aprel

 

 

Bakıda daha bir intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Pirallahı qəsəbəsində yaşayan 1953-cü il təvəllüdlü Kazibenko Olqa Nikolayevna yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

 

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Qeyd edək ki, son 3 gündə artıq 3-cü dəfədir ki, Bakıda qadınlar özlərini binadan ataraq intihar edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216
avatar

Nizam Rza

Oxşar yazılar