Bu gün Bakıda daha bir avtomobil yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami rayonunda vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 13:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.