Bakıda daha bir avtobus qəzası - YENİLƏNİB
05 iyun 2014 16:52 (UTC +04:00)

Bakıda daha bir avtobus qəzası - YENİLƏNİB


 

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Nərimanov prospektində qeydə alınıb.

 

83 saylı xətt marşrutu üzrə hərəkət edən 90-MO-168 dövlət nömrə nişanlı, “Daewoo” markalı sərnişin avtobusu idarə etməni itirərək yol kənarında dayanan üç “Mercedes” və 19-BB-694 dövlət nömrə nişanlı “QAZ-24” markalı avtomobillərə çırpılıb.

 

*****

 

12:09

 

Bakıda daha bir avtobus qəzaya uğrayıb. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Yasamal rayonu ərazisində, “Sovetski” adlanan ərazidə sərnişin avtobusu yüksək sürətlə hərəkətdə olarkən bir neçə minik avtomobilini vurub. Daha sonra avtobusun sürücüsü ərazidən uzaqlaşıb.

 

Qəza zamanı ümumilikdə 6 avtomobil əzilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2184

Oxşar yazılar