Bakıda idman kompleksində faciə:<span style="color:red;"> ölən var
04 dekabr 2014 13:53 (UTC +04:00)

Bakıda idman kompleksində faciə: ölən var

0

Dünən Bakıda daha iki nəfər bədbəxt hadisənin qurbanı olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Nəsimi rayonu ərazisində yaşayan Etibar Orucov evində dəm qazından zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Bakı şəhər sakini Zöhrab Qarayev isə Nərimanov rayonu ərazisindəki idman kompleksində yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilən Z.Qarayev ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 351

Oxşar yazılar