Bakıda oğurluqla məşğul olan dəstə üzvləri saxlanılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xəzər RPİ 1-ci və 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-də Bakı şəhər sakini Rüfət Muradova məxsus mağazadan pul, tütün məmulatı və ərzaq məhsulları oğurlamış Lənkəran rayon sakini Samid Ağayev, Cəlilabad rayon sakini Ramin Əmənov, Kürdəmir rayon sakinləri Vəfalı Əsgərov və Baxış Baxşıyev tutulub. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha 9 mənzildən təmir-tikinti alətləri, inşaat materialları, məişət və geyim əşyaları oğurlamaları da müəyyən edilib.
S.Ağayevin Qaradağ RPİ tərəfindən CM-nin 317-ci maddəsi ilə axtarışda olması müəyyən edilib.
Araşdırmalar davam etdirilir.