Bakıda cibgirliklə məşğul olan 20 yaşlı qız tutuldu
07 mart 2016 13:12 (UTC +04:00)

Bakıda cibgirliklə məşğul olan 20 yaşlı qız tutuldu

0

Bakıda cibgirliklə məşğul olan şəxslər tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də 85 saylı xətt avtobusunda Bakı şəhər sakini Səbinə Əliyevanın əl çantasından mobil telefonu cibgirlik yolu ilə oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Ləman Əlizadə və Abşeron rayon sakini, 1994-cü il təvəllüdlü Elgün Azayev tutulub. Şübhəli şəxslər barəsində Nəsimi RPİ-nin istintaq şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 374

Oxşar yazılar