Bakıda cibgirliklə məşğul olan şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nəsimi RPİ Cinayət Axtarış Şöbəsi, 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirlikdə şübhəli bilinən, əvvəllər məhkum olunan 1964-cü il təvəllüdlü Etibar Məmmədzadə tutulub. Şübhəli şəxsin üzərindən 1,890 qram tiryək aşkar olunaraq götürülb.
Araşdırmalar davam etdirilir.