Bakıda çay evində kütləvi dava
26 may 2015 11:12 (UTC +04:00)

Bakıda çay evində kütləvi dava

0

 

Bakıda çay evində kütləvi dava olub.

 

APA-nın məlumatına görə, hadisə Nəsimi rayonu, Cavadxan küçəsi 40 ünvanında yerləşən “Best” çay evində qeydə alınıb. Bir qrup şəxs arasında düşən davada çay evinin işçisi, 1984-cü il təvəllüdlü Ramil İbrahimov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Həyata keçirilən tədbirlər nəticəsində dava iştirakçılarından bir neçəsinin kimliyi müəyyənləşib. Hazırda həmin şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 199

Oxşar yazılar