Bakı yollarında bu gecə:  1 ölü, 15 yaralı
25 may 2014 12:42 (UTC +04:00)

Bakı yollarında bu gecə: 1 ölü, 15 yaralı

Mayın 25-nə keçən gecə Bakıda 14 yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, son sutka ərzində paytaxtda baş verən qəzalarda 1 nəfər ölüb, daha 15 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölümlə nəticələnən hadisə Xətai rayonunda qeydə alınıb. Burada avtomobilin vurduğu piyada hadisə yerindəcə keçinib.

 

Baş vermiş hər bir faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1586
avatar

Nizam Rza

Oxşar yazılar