Bakı restoranlarının birində görünməmiş hadisə baş verib.
Lent.az-ın vesti.az-a istinadən məlumatına görə, administrator hesabı ödəyə bilməyən müştərini girov saxlayıb. Daha dəqiq desək, Kürdəmir rayon sakini Mikayılov Vasif Sadiq oğlu nahar etmək üçün İstiqlaliyyət 51 küçəsində yerləşən kafeyə daxil olub. Yeməyini yedikdən sonra 18 yaşlı müştəriyə nahar üçün 43 manat pul ödəməli olduğu deyilib. Ancaq Vasif həmin məbləği ödəyə bilməyib. Nəticədə administrator Qəmbərov Miraraz Məmməd oğlu müştərini girov götürərək, onu 17 saat kafedən buraxmayıb. Hesab ödənildikdən sonra isə müştəri sərbəst buraxılıb. Kürdəmir sakini dərhal polisə müraciət edib və administrator həbs olunub.
Faktla bağlı araşdırma aparılır.