Bakıda bir uşaq 8-ci, digəri 4-cü mərtəbədən yıxılıb
21 iyun 2014 11:49 (UTC +04:00)

Bakıda bir uşaq 8-ci, digəri 4-cü mərtəbədən yıxılıb

0
 Bakıda 8-ci və 4-cü mərtəbədən yıxılan iki azyaşlı uşaq sağ qalıb.

Respublika Neyrocərrahiyyə Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisələrdən biri dünən paytaxtın Mehmandarov küçəsi ev 100, mənzil 23 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 3 yaşlı Rəvan Vüqar oğlu Qəniyev 8-ci mərtəbədən yıxılıb. Uşaq ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Digər hadisə isə Nizami rayonu, Çobanzadə küçəsi ev 47, mənzil 68-də qeydə alınıb. Həmin ünvanda yaşayan, 4 yaşlı Aylin Vahid qızı Hüseynova dördüncü mərtəbədən yıxılıb. Uşaq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hər iki faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1090

Oxşar yazılar