<span style="color:red;">Bayılda "nömrə ovçuları":  bir gecədə 8 maşının nömrəsini oğurladılar
24 noyabr 2014 18:26 (UTC +04:00)

Bayılda "nömrə ovçuları": bir gecədə 8 maşının nömrəsini oğurladılar

Səbail rayonunda bir gecədə xeyli vtomobil nömrəsi oğurlanıb. Lent.az-ın avtosver.az-a istinadən məlumatına görə, noyabrın 22-dən 23-nə keçən gecə Bayıl qəsəbəsi Əlibəyov qardaşları və Cənub dərə küçələrində müxtəlif markalı 8 avtomobilin hər iki dövlət nömrə nişanları naməlum şəxslər tərəfindən oğurlanıb. Avtomobil sahibləri nömrələrin oğurlanmasından səhər saatlarında xəbər tutub. Zərərçəkən şəxslərdən biri Səbail rayon 8-ci Polis Bölməsinə müraciət edəndən sonra əraziyə əməliyyat-axtarış qrupu gəlib. Lakin burada məlum olub ki, təxminən 200 metr radiusda bir yox, 8 avtomobilin nömrələri oğurlanıb. O da üzə çıxıb ki, qeyd olunan ərazi tam işıqlandırılmır. Burada müşahidə kameraları da yoxdur.

Səbail rayon Polis İdarəsinindən verilən məlumata görə, oğurlanan nömrələrlə bağlı idarəyə 7 müraciət daxil olub. Bir nəfər isə şikayətçi olmayıb. Artıq oğurlanan nömrələrlə bağlı bütün respublika üzrə əməliyyat-axtarış tədbirləri keçirilir. Həmin nömrələr bütün polis idarə və bölmələrinə elan olunub. Bu nömrələrdən hansısa avtomobildə istifadə olunarsa, dərhal saxlanılacaq.

Oğurlanan nömrələr arasında Lativanın Azərbaycandakı səfirliyinə məxsus «Hyundai Santafe» markalı avtomobilə məxsus SFR-0382 dövlət nömrə nişanı da var.

Digər avtomobillərin markalı və və onların dövlət nömrə nişanları isə aşağıdakı kimidir:

1. «Hyundai-Acsent» - 90 KP 208

2. «Mazda» - H 023 361 

3. «İsuzu» - avtobus – H 011 724

4. «Hyundai-Tucson» - 90 LX 418

5. «Mersedes» - 99 EL - 477

6. ZİL-130 – 85 BZ 992

Qeyd edək ki, oğurlanan 8-ci nömrə də «Mersedes» markalı avtomobilə məxsus olsa da, sahibi şikayət etməyib. Oğrular avtomobillərin başqa ehtiyyat hissələrini oğurlamayıblar. Maşınlara başqa zərər də vurulmayıb.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, artıq məsələ polis tərəfindən rəsmiləşdirilib və bütün ölkə üzrə axtarış elan olunub. Oğrular həmin nömrələrdən istifadə etdikləri halda dərhal saxlanılacaqlar: "Çünki əgər oğurlanmış nömrələrlə bağlı polisə məlumat daxil olursa, həmin nömrələr dərhal yol polisinin elektron informasiya sistemində xüsusi nəzarədə qoyulur. Əgər həmin nömrələr başqa maşınların üzərində olarsa, bu maşınlar haradasa hərəkət edərsə yollarda quraşdırılmış müşahidə kameraları onları çəkir və dərhal həyəcan siqnalı verilir. Bu siqnal vasitəsilə müəyyən etmək olur ki, həmin nömrə hansı model avtomobilin üzərinə vurulub və harada hərəkət edir. Bununla da, həmin avtomobili saxlayıb tədbir görmək mümkün olar”.

 

Şöbə rəisinin sözlərinə görə, oğurlanmış nömrələrin sahibləri həmin nömrələrdən istifadə edə bilməyəcklər. Çünki onlar yeni nömrə almalı olacaqlar: “Qanunvericiliyə görə, belə halda həmin nömrələr ləğv edilir və axtarışa qoyulur. Nə vaxtsa həmin nömrələr tapılarsa, sahibinə təqdim edilir. Vətəndaş istəsə həmin nömrəni ala bilər. Amma indiki halda 8 avtomobilin nömrələri ləğv olunur və onlar yeni nömrə almalıdırlar”.

Qeyd edək ki, yeni dövlət qeydiyyat nişanının alınmasının dövlət rüsumu təxminən 41 manata başa gəlir; 22 manat nömrə, 17 manat texniki pasport, 2 manat bank xərci.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1495
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10