Bakıda binada yanğın baş verib
06 iyul 2018 02:49 (UTC +04:00)

Bakıda binada yanğın baş verib

Bakıda və İmişli rayonunda yanğın olub. Lent.az-ın FHN-in saytına isrinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 6 ədəd elektrik sayğacı və 3 p.m kabel yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

İmişli rayonunun Muradalılı kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 280
avatar

Oxşar yazılar