Bakıda toy karvanını müşayiət edən avtomobillərin gəlin maşınını sıxması zəncirvari qəzaya səbəb olub. Lent.az-ın xəbərinə, avtosfer.az-ın Baş Dövlət Yol Polisi İdarəsindən əldə etdiyi videoda yüksək sürətlə hərəkətdə olan toy karvanını müşayiət edən avtomobillər qəflətən gəlin maşınını sıxmağa başlayır. Bu zaman gəlin maşınının tormozlaması 4 avtomobilin toqquşmasına səbəb olur.
Toy karvanında olan 3 avtomobil eyni vaxtda bəylə gəlinin olduğu “Toyota Land Cruiser” markalı avtomobilə çırpılır.