Bakıda oğurluqla məşğul olan şəxslər tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1972-ci il təvəllüdlü Asif Dadaşovdan 1,770 və 1986-cı il təvəllüdlü Kazım Əliyevdən 1,814 qram heroin götürülüb. Müəyyən edilib ki, onlar fevralın 3-də Nizami rayonu C.Naxçıvanski küçəsində Gülşən Həsənovaya və İ.Məmmədov küçəsində Fəridə Zeynalovaya məxsus «Hyundai» markalı avtomobillərdən, şüşəni sındırmaqla içərisində pul, sənədlər, qızıl-zinət və digər əşyalar olan əl çantalarını oğurlayıblar. Bundan əlavə yanvarın 20-də Bakıxanov qəsəbəsi Sülh küçəsində Gülmirə Ağayevaya məxsus «Hyundai-Elantra» markalı avtomobildən içərisində 1000 manat, qızıl-zinət əşyaları, planşet və sənədlər olan əl çantasını, fevralın 28-də isə Vüqar Əsədova məxsus «Kia» markalı avtomobildən içərisində 10 min manat olan idman çantasını talayıblar.
Araşdırmalar davam etdirilir.