Bakıda ağır qəza: <b>ölən var</b>
22 noyabr 2014 10:15 (UTC +04:00)

Bakıda ağır qəza: ölən var

0

Bakı şəhəri, Sabunçu rayonunda yol-nəqliyyat qəza hadisəsi baş verib. Lent.az-ın Föqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu barədə FHN-nin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə gediblər. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1979-cu il təvəllüdlü Quliyev Elşən Rəşid oğlu idarə etdiyi “Mitsubishi” markalı minik avtomobilində aldığı bədən xəsarətlərindən hadisə yerində keçinib. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1052

Oxşar yazılar