Bakıda avtomobil qaçırıb ağır qəza törətdilər: <span style="color:red;">3 yaralı
20 may 2014 11:20 (UTC +04:00)

Bakıda avtomobil qaçırıb ağır qəza törətdilər: 3 yaralı

Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xəzər rayonu Buzovna qəsəbəsi Zaqulba istirahət mərkəzinin qarşısından Bakı şəhər sakinləri - 1987-ci il təvəllüdlü Bəxtiyar Həbibov Habil Əliyevə məxsus «VAZ-21099» markalı avtomobili qaçırıb. B.Həbibov Buzovna-Maştağa yolunda qaçırdığı avtomobili 1957-ci il təvəllüdlü Razim İbrahimovun idarə etdiyi «Mercedes»ə çırpıb. Nəticədə, B.Həbibov, R.İbrahimov və sərnişini 2000-ci il təvəllüdlü Nəsib Yusifov xəsarətlə 3 saylı xəstəxanaya yerləşdirilib.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 951
avatar

Nizam Rza

Oxşar yazılar