Bakıda avtobusun altında qalan şəxs 8 gün yaşadı
29 yanvar 2016 13:15 (UTC +04:00)

Bakıda avtobusun altında qalan şəxs 8 gün yaşadı

Bakıda sərnişin avtobusunun vurduğu piyada xəstəxanada ölüb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 20-si saat 18 radələrində Xətai rayonunun G.Mehmandarov küçəsində Bakı şəhər sakini Süleyman Hacıyev idarə etdiyi “Daewoo” markalı 40 saylı xətt avtobusu ilə paytaxt sakini Fikrət Quliyevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada yanvarın 28-də orada ölüb.

 

Xətai RPİ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182

Oxşar yazılar