Bakıda ata və oğul bıçaqlanıb. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, dünən Nəsimi rayonu ərazisində Rövşən Fərəcov yaşadığı evdə münaqişə zəminində qohumları İlqar Həsənova və onun oğlu Emilə bıçaqla xəsarət yetirib.
Nəsimi Rayon Polis İdarəsi 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Fərəcov tutulub.