Bakıda 79 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində iki mərtəbəli evin pilləkənindən yıxılan 1935-ci il təvəllüdlü Ağayev Xəlil Bədəl oğlu hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.