Bakıda  VAZ-2107 yük maşını ilə toqquşdu, 3 nəfər yaralandı
15 oktyabr 2014 02:54 (UTC +04:00)

Bakıda VAZ-2107 yük maşını ilə toqquşdu, 3 nəfər yaralandı

Bakının Nizami rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,   hadisə Babək prospektində qeydə alınıb. "Hyundai" və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

İlkin məlumata görə, hər iki avtomobil Babək prospekti ilə "8-ci kilometr" qəsəbəsi istiqamətində hərəkət edirmiş. VAZ-2107 prospektdən sağa - məhəlləarası küçəyə dönən vaxt sağ tərəflə hərəkət edən yük maşını onu vurub. Nəticədə VAZ-2107-nin sürücüsü Anar Bayramov və iki sərnişini xəsarət alıb. Xəsarət alanlar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 728
avatar

Oxşar yazılar