Bakıda "Mercedes" 50 yaşlı piyadanı vurdu
02 iyun 2015 07:20 (UTC +04:00)

Bakıda "Mercedes" 50 yaşlı piyadanı vurdu

Gecə saatlarında Bakının Nərimanov rayonu ərazisində piyadanı avtomobil vurub.

 

APA-nın məlumatına görə, metronun "Gənclik" stansiyasının yaxınlığında, Fətəli xan Xoyski küçəsində 50 yaşlı Xıdırov Abbas Misirxan oğlu yolu qarşı tərəfə keçmək istəyən zaman "Mercedes" markalı minik maşınının zərbəsinə tuş gəlib. Xəsarət alan piyada elə həmin avtomobilin sürücüsü tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb. Həkimlər Abbas Xıdırova qapalı kəllə-beyin travması diaqnozu təyin edib. Onun aşağı ətraflarında da sınıq xəsarətləri aşkar olunub.

 

Yol qəzası ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaqçıları məlumatlandırılıb. Sürücü ifadəsinin alınması üçün polisə dəvət olunub. Hadisənin piyadanın ehtiyatsızlığı səbəbindən baş verdiyi ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 143
avatar

Oxşar yazılar