Fövqəladə Hallar Nazirliyi paytaxtda baş verən yol qəzası ilə bağlı rəsmi məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus "AUDİ" markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində yanğın hadisəsi baş verib. Yanğın nəticəsində avtomobilin yanar hissələri tamamilə yanıb.
Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.