Bakıda yanğın hadisəsi qeydə alınıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin mühərriki və salonu yanıb.
Yanğın saat 01:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.