<b>Bakıda “Birgə gələcək qururuq” sammiti</b>
07 iyun 2018 14:40 (UTC +04:00)

Bakıda “Birgə gələcək qururuq” sammiti

Azərbaycan paytaxtında Avropa Mühafizəkarlar və İslahatçılar Alyasınsının Şura iclası və zirvə toplamtısı keçiriləcək

 

Bakıda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) da üzv olduğu Avropa Mühafizəkarlar və İslahatçılar Alyasınsının (The Alliance of Conservatives and Reformists in Europe -ACRE) Şura iclası və “Birgə gələcək qururuq” adlı sammiti keçiriləcək.

Lent.az-ın məlumatına görə, iyunun 8-də keçiriləcək Şura iclası ACRE-yə üzv olan partiyaların toplantısıdır və bu toplantıda ənənəvi olaraq təşkilati məsələlər müzakirə olunur.

“Birgə gələcək qururuq” adlı Bakı sammiti isə iyunun 9-da saat 09:00-da, “Fairmont” otelinin konfrans zalında öz işinə başlayacaq. Sammitdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının rəsmi şəxsləri, Azərbaycan hökumətinin, Milli Məclisin, Avropa Parlamentinin,  Avropa ölkələrinin milli parlamentlərinin üzvləri, beynəlxalq ekspertlər iştirak edəcəklər.

Sammit açılış hissəindən və 6 paneldən ibarət olacaq. Panellərdə müvafiq ardıcıllıqla enerji təhlükəsziliyi, iqtisadi azadlıqlar, rəqəmsal iqtisadiyyat, nəqliyyat daşınmaları, təhsil, yerli idarəetmə ilə bağlı məsələlər müzakirə olunacaq.

 

 

Qeyd edək ki, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı (The Alliance of Conservatives and Reformists in Europe - ACRE) 2010-cu ildə yaradılıb. Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı Avropanın sağ mərkəzçi siyasi partiyalarının ittifaqıdır və özündə 33 ölkədən olan 38 üzv və tərəfdaş siyasi partiyanı birləşdirir. ABŞ-ın hakim Respublikaçılar Partiyası, İsrailin hakim Likud Partiyası, Avstraliyanın hakim koalisiyasının üzvü olan Liberal Partiya, Yeni Zelandiyanın hakim Milli Partiyası, Kanadanın Mühafizəkarlar və Mərakeşin İstiqlal partiyaları ACRE-nin regional tərəfdaşlarıdır.

Alyansın üzvü olan partiyalar Avropanın bir sıra ölkələrində hakimiyyət partiyalarıdır. Bu sırada Böyük Britaniyanın Mühafizəkarlar, Türkiyənin Ədalət və İnkişaf, Polşanın Hüquq və Ədalət partiyalarını qeyd etmək olar.

ACRE Avropa Parlamentində 71 deputat təmsil olunur və say tərkibinə görə Avropa Parlamentinin 3-cü ən böyük fraksiyasına malikdir. ACRE-nin təmsilçisi Riçard Çarnetski Avropa Parlamentinin vitse-prezidentidir.

Alyansın prezidenti Jan Zahradil Çex Respublikasından Avropa Parlamentinin üzvüdür.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Avropanın aparıcı siyasi partiyalar ittifaqlarından biri olan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı ilə yaxından əməkdaşlıq edir. Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (AECR) 22 may 2015-ci il tarixdə keçirilən toplantısında BAXCP Alyansın üzvlüyünə namizəd kimi qəbul olunub. Qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəticəsində BAXCP AECR-in 13 noyabr 2015-ci il tarixdə Tunisdə keçirilən zirvə toplantısında qurumun tamhüquqlu üzvü seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 323
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10