Bakıda 8 aylıq hamilə qadın dünyasını dəyişib
01 avqust 2014 14:04 (UTC +04:00)

Bakıda 8 aylıq hamilə qadın dünyasını dəyişib

Respublika Klinik Xəstəxanasında 8 aylıq hamilə qadın dünyasını dəyişib.

 

Xəstəxananın reanimasiya şöbəsinin məsul həkimi Vidadi Həsənov APA-ya açıqlamasında deyib ki, 30 yaşlı Xəyalə Həsənova iyulun 29-da Göyçay rayonundan huşsuz vəziyyətdə xəstəxanaya gətirilərək reanimasiya şöbəsinə yerləşdirilib. Onun sözlərinə görə, qadın xəstəxanaya gətirilməzdən öncə Göyçayda qıcolması olub və huşunu itirib: “Xəyalə Həsənova bizə gətirilərkən koma vəziyyətində idi. Yoxlama nəticəsində qadının beyin-qan dövranının pozulduğu, beynində qansızma yarandığı məlum oldu. Beyinə qansızma olduqda ödem əmələ gəlir, ürək-damar mərkəzini sıxır və sıradan çıxarır. Xəstədə damar patologiyasının olduğu məlum olub. Çünki damarların patologiyası olduqda və təzyiq qalxanda o partlaya bilir. Mütəxəssislər xəstəyə bütün lazımı yardımları göstərdilər. Lakin bütün səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və Xəyalə Həsənova 1 sutka bizdə qaldıqdan sonra iyulun 30-da rəhmətə gedib”.

 

Həkim qeyd edib ki, bu, 30 yaşlı Xəyalə Həsənovanın 3-cü hamiləliyi olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2660
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21